BMT Təhlükəsizlik Şurasında (TŞ) Qəzza zolağı ətrafındakı vəziyyət müzakirə edilib, lakin indiki mərhələdə heç bir ümumi sənəd qəbul olunmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə iclas başa çatdıqdan sonra iştirakçılara məlumat veriblər.
Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Frazier jurnalistlərə açıqlamasında deyib: "Biz ümumi bəyanatı müzakirə etmədik, lakin heç kim hər hansı mətn təklif etmədi". O vurğulayıb ki, müzakirə tərəflərin hazırkı vəziyyətdə mülki insanları qorumaq və zorakılığı dayandırmaq üçün nə edə biləcəyi ilə bağlı olub.
ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini Robert Vud qeyd edib ki, münaqişənin yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. "Ümid edək ki, vəziyyət daha da pisləşməyəcək”, – deyə o bildirib.
Bizim.Media