Oktyabrın 7-də İsrailə hücumda iştirak edən yaraqlıların sayı min nəfərə yaxın olub.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken ABC telekanalına müsahibəsində deyib.
"Qəzza ətrafında döyüşlər davam edir. Ölkənin qalan hissəsində vəziyyət sakitdir. Amma döyüşlər həqiqətən də şiddətlidir, 1 000 yaxın döyüşçü İsrailə basqın edib. Onların əksəriyyəti öldürülüb və ya Qəzzaya qayıdıb, amma dediyim kimi, gərgindir. Döyüşlər davam edir", - Blinken deyib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti" elan etdi və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Bizim.Media