Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilən PKK terrorçularının sayı 58-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirlik “Fərat Qalxanı”, “Zeytun budağı” və “Sülh çeşməsi” əməliyyatları bölgələrində PKK-nın daha 14 terrorçusunun məhv edildiyini bildirib.
Bizim.Media