ABŞ Prezidenti Cozef Bayden İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Dövlət Radiosu məlumat yayıb.
Bildirilib ki, o, Netanyahuya ABŞ-ın İsrailin yanında olduğunu və onun özünümüdafiə hüququnu tam dəstəklədiyini vurğulayıb.
Qeyd edilib ki, zəng yerli vaxtla səhər saat 9-da olub, lakin nəşrə icazə yalnız indi verilib.
Bizim.Media