İslamabadda Pakistan Milli Günü münasibətilə hərbi parad keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə Pakistan Prezidenti Arif Alvi, Quru Qoşunları komandanı general Qamar Caved Bacva, hökumətin üzvləri, deputatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Hərbi paradda tank, radar və hava hücumundan müdafiə sistemləri, ballistik raketlər, helikopterlər, döyüş təyyarələri nümayiş etdirilib.
Bizim.Media