Amerikanın "Novavax" şirkəti yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin Avropa İttifaqına tədarükü ilə bağlı müqavilənin imzalanmasını bir neçə həftəlik təxirə salıb.
Bizim.Media ''Reuters"ə istinadən xəbər verir ki, müqavilənin imzalanması prosesi ləngidilir.
Qərarın səbəbi peyvənd komponentlərinin çatışmazlığından qaynaqlanan istehsal problemləridir.
Öz növbəsində "Novavax" şirkətinin nümayəndəsi bildirib ki, Aİ ilə razılaşma barədə danışıqlar davam edir, lakin təfərrüatlar barədə ətraflı məlumat verməyib.
Bizim.Media