Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli komandanı DÇ-2022-nin seçmə mərhələsində Niderlandı məğlub etmələri (4:2) münasibəti ilə təbrik edib.
Bizim.Media Haber Globala istinadən xəbər verir ki, qardaş ölkə başçısı Gənclər və İdman naziri Muhammet Muharrem Kasapoğluna zəng vuraraq millinin baş məşçqisi Şenol Güneş və futbolçularla danışıb.
Ərdoğan Burak Yılmazın cərimə zərbəsindən vurduğu 4-cü qolu tərifləyib: “Maşallah, o necə gözəl zərbə idi”.
Burak Yılmaz isə Ərdoğana söyləyib ki, onu da oyunlarda öz aralarında görmək istəyirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz növbəsində vurğulayıb ki, fürsət olan kimi gələcək.
Bizim.Media