Uruqvay Hərbi Hava Qüvvələrinə məxsus, “Pfizer/BioNTech” koronavirus vaksinini daşıyan helikopter təcili eniş etdikdən sonra alovlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə bir neçə xarici mətbuatda məlumat dərc olunub.
Qeyd olunub ki, helikopterdə 180 doza vaksin məhv olub. Peyvəndlər Roça şəhərinə aparmalı imiş.
Lakin helikopter texniki problemlər səbəbindən şəhərdən 30 km aralıda təcili eniş etməyə məcbur olub.
Ekipaj üzvünün bir neçəsi yüngül xəsarət alıb.
Bizim.Media