“Bildiyiniz kimi koronavirusa qarşı peyvənd olundum. İndi görək yaranan antikorun titri nə vaxt görünəcək və nə qədər olacaq”.
Bizim.Media-a "Tacc"-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin bildirib.
O, qeyd edib ki, titr məlum olduqdan sonra ziyarət coğrafiyasını genişləndirəcək.
Həmçinin vurğulayıb ki, teatra, kitabxanalara və digər mədəni kütləvi tədbirlərə də qatılacaq.
Xatırladaq ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin artıq koronavirus əleyhinə peyvənd edilib.
Bizim.Media