Fizika üzrə Nobel mükafatının qalibləri elan olunub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nobel Komitəsi açıqlama yayıb.
Bildirilib ki, Pyer Aqostini, Ferents Krauz və Ann L-Yulye mükafata layiq görülüblər.
Onlar mükafata materiyada elektron dinamikasının öyrənilməsi üçün attosaniyəlik işıq impulsları yaradan eksperimental üsullara görə layiq görülüblər.
Bizim.Media