Suriya Səudiyyə Ərəbistanı ilə arasında diplomatik əlaqələrin kəsilməsindən 10 ildən çox vaxt keçdikdən sonra həmin ölkədə səfirliyinin fəaliyyətini bərpa edib.
Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, Suriyanın baş konsulu İhsan Raman ötən həftə sonu Ər-Riyada gedib və səfirin vəzifəsini müvəqqəti icra etməyə başlayıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2011-ci ildə, Dəməşqdə silahlı münaqişə başlayandan sonra səfirini geri çağırıb.
Bizim.Media