Norveç Avropa İttifaqının (Aİ) Moskvaya qarşı daha əvvəl tətbiq etdiyi 11-ci sanksiyalar paketinə qoşularaq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin bəyanat yayıb.
Qeyd edilib ki, Norveçin sanksiyalar paketi Rusiyanın hərbi və texnoloji potensialının artırılmasına və ya müdafiə və təhlükəsizlik sektorunun inkişafına töhfə verə biləcək mal və texnologiyaların Rusiya ərazisindən tranzitinə qadağa qoyulmasını nəzərdə tutur.
Bizim.Media