5 nəfərin həyatını itirdiyi “Titan” faciəsi filmə çevrilir.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hazırda film üzərində işlərə başlanıldığı bildirilib.
“MindRiot Entertainment”in prodüseri olacağı, ssenari müəllifini isə Castin MacGregor və Jonathan Keaseyin üslənəcəyi filmdə fəlakətdən əvvəl baş verənlər, qəza anı və onun nəticələrindən bəhs ediləcək.
Qeyd edək ki, iyunun 18-də Atlantik okeanında “Titanik” gəmisinin qalıqlarına turistik səfər təşkil edən “OceanGate” şirkətinə məxsus “Titan” sualtı qayığı partlayaraq batıb və göyərtədəki 5 nəfər ölüb.
Bizim.Media