Yapon alimləri buludlarda təhlükəli mikroplastik aşkarlayıblar

Buludlarda iqlimin dəyişilməsinə səbəb ola biləcək mikroplastik aşkar edilib.

Yaponiya alimləri belə hesab edirlər. Nümunələrin götürülməsi üçün onlar ölkənin ən hündür dağı olan Fuciyə qalxmalı olublar.

Bundan başqa, alimlər Toteyama dağı üzərindəki buludların suyundan nümunələr toplamağa nail olublar.

“Environmental Chemical Letters” jurnalında dərc edilən tədqiqatın nəticələri bir daha sübuta yetirib ki, plastik artıq Yer kürəsindəki ekosistemlərin əksəriyyətinə nüfuz edə bilib.

Bizim.Media bu barədə “Euronews”-a istinadla xəbər verir.

Ölçüsü təxminən 5 millimetr olan plastik hissəciklər (təxminən küncüt dənəsi boyda) planetin ən ucqar nöqtələrində aşkar edilib. Məlumdur ki, insan orqanizmində də plastik var. Ona insanın qanında, ağciyərlərində və hətta hamilə qadınların ciftində rast gəlinir.
“Bildiyimizə görə, bu tədqiqat buludda – həm sərbəst troposferdə, həm də atmosferin sərhəd qatında plastikin mövcud olduğunu aşkarlayan ilk araşdırmadır. Bu isə planetimizin iqlimi üçün çox təhlükəlidir”, - deyə alimlər yazırlar.

Bulud suyundan nümunələr 1300 metrdən 3776 metrədək hündürlükdə götürülüb. Fuci dağının zirvəsi sərbəst troposferdə, Oyama dağınınkı isə onun ən alt qatında yerləşir.

Daha sonra alimlər müasir vizualizasiya metodlarının köməyi ilə nümunələrdə mikroplastikin olub-olmamasını müəyyənləşdiriblər.

Onlar polimerlərin doqquz, rezinin isə bir növünü aşkar ediblər. Belə ki, 1 litr bulud suyunda 14 hissə plastik tapılıb, onların ölçüləri 7-95 mikrometr təşkil edib və bu, insan tükünün qalınlığından bir qədər çoxdur (80 mikrometr və ya 0,08 millimetr).
Plastik hidrofob maddə hesab olunur, lakin ultrabənövşəyi şüaların təsiri altında hidrofil (rütubəti sevən) maddə xassələrinə malik olur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

End of content

No more pages to load

RADİO