Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətinə daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Mash Telegram kanalı yayıb.
Mənbə yazır ki, təxminən 50 nəfərdən ibarət Ukrayna hərbçisi Bryansk vilayətinin Luqovoy kəndi ərazisinə daxil olub.
Hazırda ərazidə döyüş gedir. Bu baxımdan vilayətin Novozıbkovski rayonunda bəzi yollar bağlanıb.
Rusiya hüquq-mühafizə orqanları ümumi toplanış elan edib.
Bizim.Media