Rusiya prezidenti Vladimir Putin 30 sentyabrın Rusiyaya Yeni Regionların Birləşməsi Günü kimi qeyd edilməsi haqqında qanun imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Rusiya mətbuatında yer alıb.
Xatırladaq ki, işğal edilən “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərində 2022-ci il sentyabrın 23-dən 27-dək Rusiya Federasiyasının tərkibinə daxil olmaq üçün referendumlar keçirilib.
Sentyabrın 30-da Rusiya lideri Vladimir Putin və region rəhbərləri yeni ərazilərin Rusiyaya qəbulu haqqında saziş imzalayıblar.
Bizim.Media