Dağıstanda ictimai təhlükəsizliyi təmin etmək üçün pilotsuz uçuş aparatlarından istifadəyə qadağa qoyulub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat respublika rəhbəri Sergey Melikovun imzaladığı sərəncamda yer alıb.
Bildirilib ki, dronlardan federal hökumət orqanları, dövlət orqanları, yerli özünüidarəetmə orqanları və onların tabeliyində olan təşkilatlar tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində istifadəyə icazə verilir.
Bizim.Media