Pakistanın Sind əyalətinin Kandkot rayonunda bir evdə raket mərmisi partlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Geo News” kanalı məlumat yayıb.
Hadisə zamanı beşi uşaq olmaqla 8 nəfər həyatını itirib, daha beş nəfər isə yaralanıb.
Səlahiyyətlilər ailə üzvlərinin mərmini tarlada taparaq evlərinə gətirdiklərini və partlayışın onu sındırmaq istəyərkən baş verdiyini bildirib.
Bizim.Media