Fransanın Nigerdəki səfiri bu gün səhər Niameyi tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Al Hadath” telekanalı Niameydəki mənbələrə istinadən yayıb.
Telekanal yazır ki, səfir Silven İtte yaxın saatlarda Parisə çatacaq.
Qeyd edək ki, Fransa hökumət rəsmiləri məlumatı hələlik təsdiqləməyib.
Bizim.Media