Rusiyanın Vladivostok şəhərində iki gənc oğlan çürük kartofun iyindən ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Telegram kanallarında yer alıb.
Müəyyən edilib ki, gənclər köhnə kartofların saxlandığı qarajda təmizlik işləri aparırmış. Həmin vaxt hadisə yerində spesifik qoxu olub. Onlar bunun fərqinə varmayıblar.
İlkin məlumata görə, gənclər çürüyən kartofun iyindən zəhərləniblər.
Yeri gəlmişkən, 2019-cu ildə Çelyabinsk vilayətində də 4 nəfər çürük kartofun iyindən vəfat edib.
Bizim.Media