Fransa Nigerdəki üsyançılarla əməkdaşlıqdan imtina edib və 2023-cü ilin sonuna qədər qoşunlarını ölkədən çıxaracaq.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident Emmanuel Makron “France 2” kanalına müsahibəsində məlumat verib.
Xatırladaq ki, 2023-cü ilin yayında Nigerdə dövlət çevrilişi baş verib və nəticədə Prezident Məhəmməd Bazum tutduğu vəzifədən uzaqlaşdırılıb.
Makron Fransanın ECOWAS-ın (Qərbi Afrika Ölkələri İqtisadi Birliyi) Nigerə müdaxiləsinin dəstəkləməyə hazır olduğunu bildirdikdən sonra üsyançılar fransız qoşunlarının ölkəni tərk etməsini tələb ediblər.
Bizim.Media