ABŞ Prezidenti Co Bayden Kolorado ştatının Boulder şəhərində baş verən silahlı insident nəticəsində həlak olanların xatirəsinə Ağ Evdə bayraqların endirilməsinə göstəriş verib.
Bizim.Media xarici mətbuta istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat mərkəzi məlumat yayıb.
Bildirilib ki, ABŞ prezidenti həlak olan 10 nəəfərin ailəsinə başsağlığı verib və hadisə ilə bağlı mütəmadi məlumatlandırılır.
Xatırladaq ki, Amerikanın Kolorado ştatında bir supermarketə silahlı hücum baş verib. Hadisə nəticəsində biri polis olmaqla 10 nəfər həyatını itirib.
Bizim.Media