“Ukraynanın alyansa üzvlüyünü hamıdan çox dəstəkləyənlər də baş düşür ki, bu proses niyə indi baş vermir. Əlbəttə, biz müharibədən sonraya baxmalıyıq, bu müharibə tez və ya gec bitə bilər, lakin biz əmin olmalıyıq ki, tarix bir daha təkrar olunmayacaq”.
Bizim.Media xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ-da Xarici Əlaqələr Şurasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müharibə bitən kimi Ukraynaya üzvlük vermək daha asan olacaq:
“Aktiv müharibə Ukraynanı NATO-ya günü sabah dəvət etməyi qeyri-mümkün edir. Bu, əsas faktordur”.
Bizim.Media