BMT-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının bəyanatı təqdim edildi

Birləşmiş Millətlər Təşkilatının (BMT) 18-19 sentyabr 2023-cü ildə baş tutan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) bəyanatı təqdim edilib. 

Bizim.Media xəbər verir ki, bəyanatda BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinin icrasına maneə törədən bir sıra çətinliklər və onların aradan qaldırılması üçün nəzərə alınmalı vacib məqamlarla yanaşı, gənc nəsillərin bu cür qlobal əhəmiyyətli məsələlərdə fəal iştirakı üçün əlverişli mühitin yaradılması istiqamətində təkliflər öz əksini tapıb.

Həmçinin, iqlim dəyişikliyi, hava çirklənməsi və biomüxtəlifliyin itirilməsi proseslərini əhatə edən üçlü planet böhranının yaratdığı çoxşaxəli problemlərin həllində dövlətlərin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, eləcə də özəl sektorun təcrübə mübadiləsi və iqtisadi resursların səfərbər edilməsində güclü əməkdaşlığının zəruriliyi vurğulanıb.

Qeyd edək ki, Qoşulmama Hərəkatı (QH) Gənclər Şəbəkəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb.

2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi QH Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə ilk dəfə keçirilən QH Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib.

Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətlər üzrə 46 Milli Bölmə nəzdində fəaliyyət göstərən yüzlərlə fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri arasında beynəlxalq dialoqa təkan verir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM: 9 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 9 iyulda baş vermiş tarixi hadisələr

Hüseyn buna görə oğlunun müğənni olmasını İSTƏYİR

Hüseyn buna görə oğlunun müğənni olmasını İSTƏYİR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

End of content

No more pages to load

RADİO