Narkotik aludəçiləri olduğu güman edilən iki nəfərin cəsədləri bazar ertəsi axşamı Moskvanın şərqindəki bir ticarət mərkəzində tapılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb.
Mənbə yazır ki, hadisə Entuziastov magistral yolundakı "Qorod" ticarət mərkəzində baş verib.
Moskva vilayətinin Ruzski rayonunun 26 yaşlı sakini və Volqoqrad vilayətinin Kamışin şəhərinin 35 yaşlı sakini yerli vaxtla saat 18.20-də tualetdə ölü tapılıb.
Ehtimal olunur ki, hər ikisi də naməlum bir maddə ilə zəhərlənərək ölüb.
Bizim.Media