Bizim.Media “Cubadebate” portalına istinadən xəbər verir ki, kosmik cismin düşməsi və partlaması 19 mart cümə axşamı Kubanın şərq hissəsində Moa şəhərində baş verib.
Fenomen yerli vaxtla saat 22:06-da seysmoloji stansiya tərəfindən qeydə alınıb. Şahidlərin sözlərinə görə, səmada qırmızı və ağ rəngli süzən işıqlar, parıltılar görünüb, sonra güclü partlayış eşidilib.
Milli Seysmoloji Xidmətin rəisi Enriko Aranqo Arias (Enrique Arango Arias) nəşrə təsdiqləyib ki, qeydlərimiz meteoritin düşməsini təsdiqləyir:
"Avadanlıqlarımız göy cisminin düşdüyünü qeyd alıb, amma zərbə dalğası sensorlarda yerüstü partlayışın olmadığını göstərir", - deyə o bildirib.
Hazırda qeydə alınan əraziyə ekspedisiya cəlb olunub və araşdırma gedir.
Bizim.Media