Rusiyanın opera müğənnisi, SSRİ xalq artisti Yevgeni Nesterenko Vyanada 84 yaşında koronavirusdan vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, müğənninin ailəsi pandemiya səbəbindən tətbiq olunmuş karantinə görə, heç bir vida mərasimi keçirməyəcək.
Qeyd edək ki, Y.Nesterenko dünya müxtəlif ölkələrində, o cümlədən La Skala, Metropoliten-opera, Kovent Qarden kimi səhnələrdə çıxış edib.
Bizim.Media