Ötən gün aktrisa Beren Saatla həyat yoldaşı Kenan Doğulu bir sərgidən çıxarkən görüntülənib.
Bizim.Media Türkiyə KİV-nə istinadən bildirir ki, sözügedən sərgidən çıxan cütlük jurnalistlərin suallarını cavablandırıb.
Beren Saat ilk dəfə çıxaracağı albomdan danışıb:
“Kənan mahnılarımı əla şəkildə aranjıman etdirib. Xəyallarımdan ötə bir işdir, buna görə də çox həyəcanlıyam”.
Kənan Doğulu isə jurnalistlərin "aktyor kimi fəaliyyət göstərməyi düşünürsünüzmü?" sualını " bu saatdan sonra çətin",- deyə cavablandırıb.
Bizim.Media
