Ermənistan parlamentinin spikeri Alen Simonyan son günlər Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan gərgin vəziyyət barədə “news.am”a müsahibə verib.
Bizim.Media xəbər verir ki, o ölkələr arasında yaranmış vəziyyətin gərginlik olmadığını qeyd edib:
“Mən buna gərginlik deməzdim, sualların olduğu, dəqiq cavabların olmadığı bir vəziyyət adlandırardım”.
Simonyan Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın ötən gün onun açıqlamarını “kobudluğa bənzəyən bir şey” adlandırmasına da cavab verib.
“Mən hansısa departamentin hansısa katibəsinə cavab vermək fikrində deyiləm. Bu, mənim səviyyəmə uyğun deyil. Bunun üçün Xarici İşlər Nazirliyi var, onlar da cavab versinlər”, - deyə Simonyan qeyd edib.
Bizim.Media