PKK istintaqında şübhəli bilinənlər arasında İnsan Haqları Dərnəyinin (İHD) başkanı və HDP-nin Eskişehir, Mamak və digər bölgələr üzrə rəhbərləri var.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Anadolu agentliyi Ankara Baş Prokurorluğuna istinadən yayıb.
Həbs olunmasına qərar verilən 12 şübhəlidən 10-u səhər saatlarında Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən nəzarətə alınıb.
Şübhəlilərin Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsinə qarşı hazırlanan və quruma yaxın saytlarda yayımlanan bəyannaməni imzaladıqları da müəyyən edilib.
Ünvanlarda aparılan axtarışlar zamanı ələ keçirilən çox sayda təşkilati sənəd və rəqəmsal materiallar təhlil üçün götürülüb.
Əməliyyatlar hazırda davam edir.
Bizim.Media