Moderator.az xəbər verir ki, bugün axşam ABŞ-da Nyu-Yorkun xa0Xofstr Universitetində prezidentliyə namizədlər - Hillar Klinton və Donald Tramp arasında üç dəfə bir saat yarımlıq teledebat olacaq.xa0
İlk teledebatın kəskin keçəcəyi proqnozlaşdırılır. Səbəb hər iki namizədin yüksək antireytinqinin olmasıdır. Namizədlər imiclərinin yaxşılaşması və rəqibin imicini korlamaq istiqamətində çalışacaqlar. Son sorğular Trampın sürətlə Klintona çatdığını və aradakı fərqi demək olar ki, yüksəltdiyi qeyd olunur. Teledebat xa0o qədər maraq doğurur ki, 100 milyondan artıq tamaşaçının olacağı proqnozlaşdırılır.