İyulun 17-də AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda baş direktor tarix elmləri doktoru, professor Kərim Şükürovun sədrliyi ilə “Qərbi Azərbaycan Ensiklopediyası”nın hazırlanması ilə bağlı İşçi qrupun ilk iclası keçirilib.
AMEA-dan Bizim.Media-ya bildirilib ki, iclasda işçi qrupun qarşısında duran vəzifələrin uğurla həyata keçirməsi üçün elmi-təşkilati məsələlər müzakirə olunub.
Həmçinin AMEA Rəyasət Heyətinin qərarına uyğun olaraq, ensiklopediyanın sözlüyünün sentyabrın 20-dək hazırlanaraq Rəyasət Heyətinə təqdim edilməsi üçün vəzifələr müəyyənləşdirilib.
Ensiklopediyanın yüksək səviyyədə hazırlanmasını təmin etmək məqsədilə İşçi qrupun iclaslarının davamlı olaraq keçirilməsi qərara alınıb.
Bizim.Media