Həbsdə olan futbolçu Adam Consonla bağlı qərar dəyişilməyib.
“Daily Mail”x9d nəşri xəbər verir ki, məhkəmə İngiltərə yığmasının sabiq üzvünün apellyasiya şikayətini rədd edib.
Məlumatı Adam Consonun bacısı da təsdiqləyib. O, “twitter”x9d hesabında qardaşının həbsdə qalacağını, onunla bağlı qərarın dəyişilməyəcəyini bildirib.
Qeyd edək ki, yeniyetmə qızı intim əlaqəyə cəlb etməkdə günahlandırılan Conson 6 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin rəyinə əsasən, futbolçu qızın 15 yaşında olduğunu bilə-bilə həmin hərəkəti edib.
Futbolçunun özü isə azyaşlı qızla yalnız öpüşdüyünü bildirib. Bu hadisədən sonra “Sanderlend”x9d klubu Consonla müqaviləyə xitam verib.(Apasport.az)