Ekvadorda zəlzələ nəticəsində ölənlərin sayı 233 nəfərə çatıb.
Moderator.azxəbər verir ki, bu barədə ölkə prezidenti Rafael Korrea məlumat verib.
“Rəsmi rəqəm 233-ə çatıb, Tarki-de-Manta rayonuna böyük ziyan dəyib, binalar dağılıb”x9d, - Korrea öz Twitter sahifəsində yazıb.
***
Ekvador sahillərində 7,8 bal gücündə zəlzələ nəticəsində 77 nəfər ölüb.
Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Muisne yaşayış məntəqəsindən 27 km cənub-şərqdə yerləşib.
Təkanlar 19,2 km dərinlikdə qeydə alınıb.
Ölkənin vitse-prezidenti Xorxe Qlas bildirib ki, ölənlərin sayının artacağı istisna olunmur.