“Miss Rusiya-2016”x9d müsabiqəsinin qalibi tituluna Tümen şəhərindən olan 18 yaşlı tələbə Yana Dobrovolskaya sahib çıxıb.
Moderator.az TASS-a istinadən xəbər verir ki, müsabiqənin finalı aprelin 16-da Moskva vilayətində Barvixada Luxury Village konsert zalında keçirilib.
Müsabiqənin qalibinə 3 milyon rubl dəyərində pul mükafatı, avtomobil, brilyantlarla və mirvariylə bəzənmiş ağ qızıldan eksklüziv tacı təqdim olunub. Mükafatı Miss Rusiya 2015-in qalibi Sofiya Nikitçuk təqdim edib.
Həmçinin o Rusiyanı “Miss Dünya”x9d və “Miss Kainat”x9d gözəllik müsabiqələrində təmsil etmək hüququnu qazanıb.
İkinci yeri Orenburq təmsilçisi Yuliana Korolkova tutub. Yuliya Xoroşavina (Kirov) isə üçüncü olub.