Ermənistanın Şirak vilayəti Ariç kəndində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adını daşıyan mərkəzi küçənin adını dəyişməyə hazırlaşırlar.
Moderator.az xa0BBC Azərbaycanca saytına istinadən xəbər verir ki, kənd icra başçısı Roland Nazaretyanın sözlərinə görə, kənd Ağsaqqallar Şurası hələ ötən il Nursultan Nazarbayev Ermənistanın Avrasiya İqtisadi İttifaqına qəbul olunmasına qarşı çıxış edəndə, küçənin adını dəyişmək qərarına gəliblər, lakin o zaman “Yerevandan mane olublar”x9d.
Amma sonradan Qazaxıstan prezidentinin Türkiyədə prezident Erdoğanla qol-boyun olub salamlaşmasını televizorda görəndə, Ariç sakinlərinin səbir kasası dolub: onlar küçənin adı yazılmış lövhələri qoparmağa başlayıblar.xa0
Bundan bir həftə əvvəl isə Qazaxıstan prezidentinin təşəbbüsü ilə, aprelin 8-də Yerevanda keçiriləcəyi nəzərdə tutulan Avrasiya İqtisadi İttifaqı ölkələri baş nazirlərinin sammiti aprelin 13-də Moskvada keçirilmişdi.
Kənd icra başçısı Roland Nazaretyan deyir ki, Ağsaqqallar Şurası küçəyə “Artsax”x9d adının verilməsini təklif edib, lakin yerli kilsənin ruhaniləri müqəddəs Qriqor Maarifçi adının verilməsini istəyiblər.

“Son qərar şuranın növbəti yığıncağında qəbul olunmalıdır”x9d, - kənd icra başçısını panorama.am iqtibas edir.
Küçəyə Nursultan Nazarbayevin adı 10 il əvvəl verilib. Təşəbbüskarı o zaman hakim Ermənistan Respublikaçılar Partiyası parlament fraksiyasının üzvü Mxitar Varaqyan olub. Deyilənə görə, Mxitar Varaqyanın qardaşı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin müşaviri olubmuş.
O zaman Roland Nazaretyan jurnalistlərə küçəyə Nazarbayev adının verilməsini həmçinin uzaq keçmişlə izah etmişdi.
“Ariç 1400-cü ildən 1947-ci ilədək Qıpçaq adlanırmış. Qıpçaq adının isə, deyəsən, hansısa Qazax tayfalarına aidiyyəti olduğunu deyirlər. Odur ki, Vraqyan qardaşlarının vasitəçiliyi ilə şuramız küçəyə Nazarbayevin adını vermək qərarına gəlib. Biz Qazaxıstanı dost hesab edirik, bir də ki, Avrasiya İttifaqı çərçivəsində ölkəmizlə əməkdaşlıq edir”x9d, - kənd icra rəhbəri izah edib.
Orta əsrə aid edilən bir neçə kilsəsi olan kənddə, küçədən başqa, kitabxanada Nazarbayevin böyük portreti və bu ölkəyə aid şəkillərlə bəzənmiş Qazaxıstan guşəsi, Qazax ədəbiyyat nümunələri vardır.
Guşə 2011-ci ildə Qazaxıstan səfirliyi tərəfindən yaradılıb. Səfirlik kitabxanaya yeni mebel, şəkillər, milli geyim hədiyyə edib.