Ekvadorda güclü zəlzələ nəticəsində 28 nəfər ölüb. APA-nın “RİA Novosti”x9dyə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin vitse-prezidenti Xorxe Qlas bildirib.
Onun sözlərinə görə, 16 nəfər Portovyexo şəhərində ölüb, 10 nəfər ”“ Manta şəhərində, daha iki nəfər isə Quayas əyalətində ölüb.
Qeyd edək ki, 7,8 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla 23.58-də (Bakı vaxtı ilə 03.58-də) Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə qeydə alınıb.