Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofya Kəbir məscidində bayram namazı qılıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bayram təbriki zamanı Qaradəniz qazının hasilatı ilə bağlı məsələyə toxunub:
“Hazırda həm seysmik tədqiqatlar, həmçinin qazma işləri davam edir ki, bu da qaz hasilatını artırmağa səbəb olur. Ölkənin hər bir rayonu bizim Enerji və Təbii Sərvətlər Nazirliyi tərəfindən qazla təmin ediləcək”.
Türkiyə lideri bildirib ki, Nurdağı və Qaziantepə səfər edəcək.
Səfər proqramı çərçivəsində Türkiyənin zəlzələdən zərər çəkmiş Hatay bölgəsinə də gedə bilər.


Bizim.Media