Bakıda bitki yağlarının istehsalı müəssisəsində nöqsanlar AŞKARLANDI 

Bakıda bitki yağlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb, fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib. 

Bildirilib ki, Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi, 30H saylı sahədə yerləşən “Sel” MMC-yə məxsus bitki yağlarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.

Belə ki, müəssisədə çaytikanı yağının emalı zamanı günəbaxan yağından istifadə edilsə də, bu barədə məhsula dair texniki şərtdə və məhsulların qablaşdırılmasında heç bir məlumat öz əksini tapmayıb. 
Aparılmış araşdırma zamanı çaytikanı yağının emalı zamanı heç bir çaytikanı meyvəsindən və çəyirdəyindən istifadə edilmədiyi, çaytikanı yağının tərkibindəki karatinoidin miqdarını günəbaxan yağına “Betakaratin” (maye halda) əlavə etməklə tənzimləndiyi və məhsula xas texnoloji proseslərin heç birindən istifadə edilmədiyi aşkarlanıb. 

Müəssisədə emal olunan kosmetik məqsədlər üçün nəzərdə tutulmuş, sözügedən məhsullara dair təsdiq edilmiş texnoloji təlimatda daxilə qəbulu qadağan edilmiş “Sel” əmtəə nişanlı bitki yağlarının (badam, kokos, balqabaq, ud hindi, küncüt) qablaşdırılmasında qanunvericiliyə zidd olaraq “xaricə və daxilə qəbul” məlumatı, eyni zamanda, müxtəlif xəstəliklərin müalicəsində istifadə və məhsula dair dozalaşma qeyd edilib.

Həmçinin “Sel” əmtəə nişanlı qarazirə yağı və “Seide” əmtəə nişanlı çaytikanı yağı məhsullarının istehsal və son istifadə tarixlərində uyğunsuzluqlar müəyyən olunub.

Texniki şərtdə məhsulların yararlılıq müddəti 12 ay qeyd olunsa da, müəssisə tərəfindən yağlarda əsassız olaraq 3 il yararlılıq müddəti qeyd edilib. 

Bitki yağlarının emalında istifadə edilən xammalların keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlər, məhsulların qablaşdırılmasında istifadə olunan şüşə qabların uyğunluq sertifikatı yoxlamaya təqdim olunmayıb. Müəssisədə havalandırma sistemi quraşdırılmayıb, dezinfeksiya, dezinseksiya, deratizasiya işləri aparılmır. 

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyətinin dayandırılması, qanunvericiliyin tələblərinə zidd olaraq markalanması həyata keçirilən bütün qablaşma materiallarının və içlik vərəqələrinin dövriyyədən çıxarılması, satışı reallaşdırılan bitki yağlarının ticarət şəbəkələrindən geri çağırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Eyni zamanda müəssisədə emal edilmiş yağlardan laborator müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: "Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"

Prezident: "Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"

Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?

Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?

Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir - FOTO

Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir - FOTO

Bizim kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb - İlham Əliyev

Bizim kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb - İlham Əliyev

Mayonezlə pomidor yesəniz nə baş verər?

Mayonezlə pomidor yesəniz nə baş verər?

Hər kəs məşhur cütlüyün bu görüntülərindən DANIŞIR - FOTOLAR

Hər kəs məşhur cütlüyün bu görüntülərindən DANIŞIR - FOTOLAR

İlk dəfə getdiyi arxda boğuldu: Ucarda batan 16 yaşlı yeniyetmənin əmisi danışdı

İlk dəfə getdiyi arxda boğuldu: Ucarda batan 16 yaşlı yeniyetmənin əmisi danışdı

Maşın almaq istəyənlərə mühüm XƏBƏR

Maşın almaq istəyənlərə mühüm XƏBƏR

“O biri qız hanı? Onunla ayrı çəkdirərik” – VİDEO

“O biri qız hanı? Onunla ayrı çəkdirərik” – VİDEO

Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü

Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü

Prezident: Artıq köçkün həyatı keçmişdə qaldı

Prezident: Artıq köçkün həyatı keçmişdə qaldı

Autizm ana bətnində müəyyən edilə bilərmi? – ARAŞDIRMA

Autizm ana bətnində müəyyən edilə bilərmi? – ARAŞDIRMA

Dənizdə batmaqda olan şəxs xilas edildi - VİDEO

Dənizdə batmaqda olan şəxs xilas edildi - VİDEO

Rubio: “Kuba çox gec olmadan ağlını başına toplasın”

Rubio: “Kuba çox gec olmadan ağlını başına toplasın”

Polkovnik vəfat etdi - FOTO

Polkovnik vəfat etdi - FOTO

“Kişilər başqalarının görünüşünü müzakirə edəcək qədər cılızlaşıb” - FOTO

“Kişilər başqalarının görünüşünü müzakirə edəcək qədər cılızlaşıb” - FOTO

CENTCOM İran ətrafındakı əməliyyat uçuşlarından görüntülər yaydı - VİDEO

CENTCOM İran ətrafındakı əməliyyat uçuşlarından görüntülər yaydı - VİDEO

Slovakiya Prezidenti Azərbaycana səfər edəcək

Slovakiya Prezidenti Azərbaycana səfər edəcək

Prezident "Xankəndi" hotelinin açılışını etdi - FOTO

Prezident "Xankəndi" hotelinin açılışını etdi - FOTO

İlham Əliyev: “Kimsə Azərbaycana xor gözlə baxsa, yenə yumruq yerində olacaq!” - VİDEOÇARX

İlham Əliyev: “Kimsə Azərbaycana xor gözlə baxsa, yenə yumruq yerində olacaq!” - VİDEOÇARX

Bakıda küçələr YUYULDU - FOTO

Bakıda küçələr YUYULDU - FOTO

122 yaşlı Bakı–Batumi neft kəməri stansiyası abidələr siyahısına salınır

122 yaşlı Bakı–Batumi neft kəməri stansiyası abidələr siyahısına salınır

Prezident Quzeyxırman kəndində sakinlərlə GÖRÜŞDÜ - FOTOLAR

Prezident Quzeyxırman kəndində sakinlərlə GÖRÜŞDÜ - FOTOLAR

Plüşenko oğlunun Azərbaycan millisinə keçidindən danışdı: “Rusiyada heç kimə lazım deyildi”

Plüşenko oğlunun Azərbaycan millisinə keçidindən danışdı: “Rusiyada heç kimə lazım deyildi”

End of content

No more pages to load

RADİO