ABŞ-ın “Meta” korporasiyası işçilərin yeni kütləvi ixtisarına başlamaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, “WhatsApp” və “Instagram” şirkətlərinin komandaları yenidən qurulacaq.
İxtisarlar təsisçi Mark Zukerberqin bu il İT-nəhəngin səmərəliliyini artırmaq istəyindən irəli gəlir. Qeyd olunur ki, ixtisarlar həmçinin “Facebook”, “WhatsApp”, “Instagram” və şirkətin virtual reallıq və qadcetlərini hazırlayan “Reality Labs” şirkətlərinin əməkdaşları arasında da aparılacaq.
Bizim.Media