ABŞ Ukraynaya növbəti 325 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ ev və ABŞ Müdafiə Nazirliyinin məlumatlarında bildirilib.
ABŞ-nin yeni yardım paketinə əlavə HIMARS döyüş sursatları, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, tankəleyhinə idarə olunan TOW raketləri, AT-4 tankəleyhinə sistemlər, tankəleyhinə minalar və maneələri aradan qaldırmaq üçün dağıdıcı sursatlar daxildir.
Bizim.Media