Hazırda 7000-dən çox Ukrayna əsgəri itkin düşənlər siyahısındadır.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə televiziyasının efirində Ukraynanın itkin düşmüş şəxslər üzrə komissarı Oleq Kotenko məlumat verib.
"Həqiqətən belə bir rəqəm var, yeddi mindən bir qədər çoxdur və biz itkin kimi axtardığımız insanların hələ də əsirlikdə olduğunu ehtimal edirik", - deyə Kotenko bildirib.
Onun sözlərinə görə, itkin düşənlərin təxminən 60-65%-i sağ və əsirlikdə tapılıb:
“Qalanları təəssüf ki, ölüb”.
Bizim.Media