Rusiyanın Kamçatka sahillərində 6.3 bal gücündə zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərinin 114 kilometrliyində qeydə alınıb. Zəlzələnin episentri isə 116 kilometr dərinlikdə yerləşib. Dağıntı və itkilərin olmadığı deyilib.
Bizim.Media