"ABŞ dünyanın ən korrupsiyalaşmış ölkələrindən birinə (Ukraynanı nəzərdə tutur) kömək etməməlidir".
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Trampın oğlu, amerikalı sahibkar Donald Tramp (kiçik) sosial şəbəkələrdə yazıb.
"Mən bilirəm ki, Ukrayna solçuların yeni dini mərkəzidir, lakin bu, bizim problemimiz deyil. Biz ölkəmizi müflis etməməliyik və dünyanın ən korrupsioner ölkələrindən birinə kömək etmək üçün ordumuzu tükəndirməməliyik!", deyə o, qeyd edib.

Bizim.Media