Fransanın Marsel şəhərinin mərkəzində yaşayış binasının uçması nəticəsində 5 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə şəhər meri Benua Payan BFM telekanalına bildirib.
"Beş nəfər təcili xəstəxanaya yerləşdirilib" deyə o bildirib. Mer qeyd edib ki, davam edən yanğın səbəbindən axtarış-xilasetmə işlərinə hələ də başlamaq mümkün deyil. Onun sözlərinə görə, ölənlərin olacağı istisna edilmir: “Bundan əlavə, qonşu binanın da uçma riski yaranıb”.
Hadisə yerli vaxtla saat 00:40-da baş verib. İlkin versiyaya görə, ərazidə partlayış olub.
Şahidlər hadisə yerində kəskin qaz iyinin olduğunu bildiriblər.
Bizim.Media