ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi 2024-cü il prezident seçkilərində iştirak etmək üçün müraciət edib.
Bizim.Media CNN telekanalına istinadla xəbər verir ki, o, Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq üçün Federal Seçki Komissiyasına sənədlərini təqdim edib.
Kennedi demokratların prezidentliyə qeydə alınmış ikinci namizədidir. Ağ Evin hazırkı rəhbəri Cozef Bayden isə hələlik prezident seçkilərində iştirakını rəsmən açıqlamayıb.
Bizim.Media