Rusiyalı bloqer Kristina Buşe hicabsız halda əllərini iki İran polisinin çiyninə qoyaraq şəkil çəkdirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Bloqer İranın Rusiyadakı səfiri Kazem Cəlalinin yanında xeyli sayda hicabsız fotolar çəkdirib. Bu fotoları o, sosial mediada paylaşıb.
Sosial medianın İran seqmentinin istifadəçiləri həmin fotolara ölkə rəhbərliyinin səssiz qalmasını qınayıblar.
Belə ki, fotoların altına "Rusiyadan olan İnstaqram bloqeri bu fotonu yayımladı, amma nə Azadlıq Qülləsi bağlandı, nə parlamentdən səs gəldi, nə də Ədliyyə Nazirliyi reaksiya verdi”, "Rusiyalı bloqer Tehrana səfər etdikdən sonra yəqin ki, restorana da gedib. Sual: Onun getdiyi restoran bağlandı?" kimi şərhlər yazılıb.









Bizim.Media