İsraildə koronavirus peyvəndi hazırlanacaq.
Bizim.Media xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi yaxın vaxtlarda koronavirus əleyhinə peyvəndin sınaqdan keçiriləcəyi ilə bağlı “Facebook” səhifəsində paylaşım edib.
Dərmanın insanlar üzərində sınaqları noyabrın 1-də başlayacaq. İsrailin Bioloji Araşdırmalar İnstitutunun artıq Səhiyyə Nazirliyi və Helsinki Komitəsindən lazımi bütün təsdiqləri aldığı qeyd olunur.
Bizim.Media