Politoloq Qabil Hüseynli Moderator.az-a açıqlamasında Ankaradakı son terror aktını və bu aktın arxasındakı səbəbləri şərh edib:
“Hansısa güclər Azərbaycanla
Türkiyənin yaxınlaşmasını istəmir. Onlar iki dövləti yaxınlaşdıracaq sazişlərin
imzalanmasına, müzakirələrin aparılmasına maneçilik törətmək istəyirlər. Bu
nöqteyi-nəzərdən də hər dəfə Ərdoğanın səfəri gündəmə gələn kimi hərəkətə
keçirlər. Lakin bu, Türkiyədə baş verən terror aktlarının yeganə səbəbi deyil.
Səbəblərdən biri də Türkiyənin cənub-şərqində, Yüksəkoba, Diyarbəkir, Bitlis
istiqmətində türk ordusunun böyük əməliyyatlara start verməsidir. Bu əməliyyatların
məqsədi həmin ərazilərin terrorçulardan tamamilə təmizlənməsidir. Zənnimcə,
PKK-çılar buna cavab olaraq Türkiyə cəmiyyətində ruh düşgünlüyü yaratmaq üçün
belə bir addıma əl atıblar. Bütün hallarda baş verənlər onu göstərir ki, Türkiyənin
bölgədə oynadığı dinamik rola mane olmaq istəyənlər var. Bu qüvvələr PKK-dan
bir alət kimi istifadə edərək bölgədə gərginlik yaratmağa çalışırlar”x9d.
Seymur Əliyev