Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ baş verən vilayətlərə səfəri çərçivəsində bu gün Adıyamana gedib.
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan və MHP başqanı Dövlət Baxçalı Azərbaycandan yardım üçün gedən könüllülərdən ibarət qrupla da görüşüb.
Türkiyə rəhbəri burada köhnə qırmızı rəngli avtomobili ilə Türkiyəyə yardım daşıyan azərbaycanlı Sərvər Bəşirli ilə də görüşüb, qrupla birgə foto çəkdirib.
Bizim.Media